Gəncədə dəm qazından boğulma faktı qeydə alınıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Orta yaşlı qadın yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.