Qadın güləşçimiz Birgül Soltanova Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
KONKRET.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda fransalı İris Matilda Tiboya 6:3 hesabı ilə qalib gəlib.
O, həlledici görüşdə rumıniyalı Amina Kapezanı sınağa çəkəcək.