Ana qızını varlı şəxslə evlənməkdən imtina etdiyi üçün qardaşının köməyi öldürüb, cəsədini beşinci mərtəbədən atıb.
KONKRET.az “Gulf News”a istinadən xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirədə qeydə alınıb.
Məlumata görə, ana artıq saxlanılıb.
O bildirib ki, 17 yaşlı qızı özünə qəsd edərək, beşinci mərtəbədən atıb.
Lakin polis sonradan müəyyən edib ki, qız anasının bəyəndiyi əqli cəhətdən zəif, lakin zəngin bir adamdan evlilik təklifindən imtina etdiyinə görə, anası və dayısı tərəfindən ölənədək döyülüb.
Qızın ölümündə şübhəli bilinən dayısı cəsədin adi tibbi müayinə olmadan dəfn üçün icazə almağa cəhd edib, ancaq səhiyyə əməkdaşları hadisənin cinayət motivindən şübhələnərək yerli polisə xəbər verib.
Ana ilə birgə dayı da həbs edilib.