Qadını öldürən həmkəndlisi imişbackend

Qadını öldürən həmkəndlisi imiş

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində qeydə alınıb. Həmin ünvanda evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*