Qadını tüfənglə güllələyən şəxsə cinayət işi açıldıbackend

Qadını tüfənglə güllələyən şəxsə cinayət işi açıldı

Yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilib.

KONKRET.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*