Qadının evini sökən MTK ilə bağlı cinayət işi başlandıbackend

Qadının evini sökən MTK ilə bağlı cinayət işi başlandı

Xəbər verildiyi kimi “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

KONKRET.az xəbər verir ki, bu haqda Yasamal rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Namiq
    İyul 4, 2024 - 19:41

    Qudurmuş MTK rəhbərliyi məsuliyyətə cəlb edilməlidir. Qadına qarşı zorakılıq da öz əksini tapmalı, cinayət işinə əlavə olunmalıdır. Rəhbər işçinin kölgəsində gizlənməli deyil, İşçi rəhbərliyin tapşırığını icra edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*