backend

Fidel Kastronun birinci arvadı öldü

Kubanın keçmiş lideri Fidel Kastronun birinci arvadı Mirta Dias-Balart 95 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kastronun nəvəsi Fidel Antonio Kastro Smirnov məlumat verib.

“Böyük sevgi ilə əhatələnmiş əziz nənəm vəfat etdi. Böyük qadn bizi tərk etdi”, – Kastro bildirib.

Qeyd edək ki, Mirta Dias-Balart Fidel Kastro ilə ilk dəfə Havana universitetində tanış olub. Cütlük 1948-ci ildə ailə qurub. Onların Fidelito adında bir oğlu dünyaya gəlib. Qadın ərindən 1955-ci ildə boşanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*