Qadınla onu qaçıranın meyitləri tapılıb, etirazlar başlanıb – VİDEObackend

Qadınla onu qaçıranın meyitləri tapılıb, etirazlar başlanıb - VİDEO

Hər il Qırğızıstanda minlərlə qız qaçırılır. 2013-cü ildə isə bu hərəkət kriminallaşdırılıb

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstanda gənc qadın və onu oğurlamaqda şübhəli bilinən şəxsin meyitləri iki günlük axtarışlardan sonra tapılıb. Ölkədə buna etiraz nümayişləri başlanıb. Qırğızıstanda qız qaçırmaq qadağan olunsa da təcrübədə rast gəlinir.

Nazirin istefasını tələb edirlər

Meyitlərdən biri aprelin 7-də uzaq Çui rayonunda aşkarlanıb. Onun üzərində boğma, bıçaq izləri olub.

Hakim orqanlar qətl-intihar hadisəsindən şübhələndiklərini deyirlər.

Vətəndaş cəmiyyəti qrupları, digər qırğızlar hakimiyyəti və cəmiyyəti adam oğurluğu ilə qəti mübarizəyə çağırır.

Aprelin 8-də bir neçə şəhərdə, o cümlədən paytaxt Bişkekdə Daxili İşlər Nazirliyinin binası, Oşda polis şöbəsi qarşısında nümayişçilər yığışıb.

Paytaxtda etirazçılar Daxili işlər naziri Ulan Niyazbekovun istefasını tələb ediblər.

2013-cü ildə kriminallaşdırılsa da…

Polis axtarışın mərkəzində duran avtomobilin bir çoban tərəfindən tapıldığını bildirir. 27 yaşlı Aizada Kanatbekova aprelin 5-də Bişkek küçələrində bir neçə nəfər tərəfindən qaçırılıb.

“Bir çoban aprelin 5-də və 6-da avtomobili görüb, onun palçığa batdığını düşünüb. Aprelin 7-də isə maşına yaxınlaşıb, içəridə bir qadın və kişinin meyitlərini görən kimi polisə xəbər verib”, – polis bildirir.

Qadını onu ərə getməyə razı salacağına ümid edən şübhəlinin 31 yaşı varmış.

Hər il Qırğızıstanda minlərlə qız qaçırılır. 2013-cü ildə isə bu hərəkət kriminallaşdırılıb.

Fəalların bildirməsinə görə, bu təcrübə nikahdaxili zorlamaya, məişət zorakılığa, digər travmalara yol açır.

BMT-nin İnkişaf Proqramı 2019-cu ildə hesablayıb ki, yaşı 24-dən az qırğız qadınların 14 faizə yaxını müəyyən formada məcburetmə nəticəsində ailə qurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*