Qadınlara qarşı nifrət – “Mizoginiya”backend

Qadınlara qarşı nifrət - "Mizoginiya"

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada təxminən hər üç qadından biri zorakılığa məruz qalır. Qeyd olunur ki, bunun səbəblərindən biri də beynin alt qatında yatan qadına nifrət hissidir. Burada bir məqamı da vurğulamaq lazımdır ki, məsələ təkcə kişinin qadına deyil, həmçinin xanımların da bir-birinə olan nifrətidir. Bunun elmdə adı “Mizoginiya”dır, başqa sözlə desək, qadın düşmənliyi.

Qeyd olunduğu kimi, “Mizoginiya”nın iki növü var:

Kişilərin qadınlara nifrət etməsi;
Qadınların öz həmcinslərinə nifrəti.

Bu termin ilk dəfə 17-ci əsrdə ingilis qılınc ustası Cozef Svetnamın müəllifi olduğu “Ədəbsiz, İşsiz, İtaətsiz və Dəyişkən Qadınların Sınaqı” traktatının nəşrindən sonra ortaya çıxdı. Bu əsər qadınlar haqqında seksist zarafatlar toplusu idi və öz dövründə çox məşhurlaşmışdı.

Tədqiqatçılar hesab edirlər ki, “mizoginiya” cəmiyyətdə patriarxal quruluşların yaranması ilə eyni vaxtda, təxminən 12.000 il əvvəl ortaya çıxmağa başlayıb. Mütəxəssislərin fikrincə, müasir cəmiyyətlərdə hələ də qadına mənfi münasibət qalmaqdadır. Ekspertlər qeyd edirlər ki, valideynlər uşaq yaşlarından oğlan övladlarına “qadınlar sizə tabe olmalıdır” kimi fikirlər yaradırlar. Bu stereotipi zaman keçdikcə ətraf mühit, media və sosial şəbəkələr gücləndirir. Qeyd olunur ki, qadınlar cəmiyyətdə bərabər mövqe tutmağa başlayanda bəzi kişilər imtiyazlarını, işlərini və nəzarətini itirməkdən qorxurlar. “Mizoginiya” isə çox vaxt sosial nizamın dəyişməsi təhlükəsindən qorumaq üçün atılan addımlardır.

Özünəinamı aşağı olan kişilər öz daxili problemlərini tez-tez qadınların üzərinə proyeksiya edirlər. İşlər onların xeyrinə olmayanda qadınları günahlandırır.

Həmçinin qeyd olunur ki, bu problemin əsas qaynaq nöqtələrindən biri də ailələrdə ata tərəfindən anaya qarşı olan fiziki şiddətdir. Bu zaman qız və ya oğlan uşağı bunu görür və beyninə kodlanır ki, sanki qadınlara bu şəkildə davranmaq lazımdır.

Mizoginist hücumlarla qarşılaşan qadınların özünəinamı azalır. Depressiya və narahatlıq hissləri yaranır və zaman-zaman cəmiyyətdən təcrid olunurlar.

Qeyd olunur ki, xüsusən kişilər qadınlara müxtəlif təzyiqi yaşatmamaları üçün öncəliklə onları dinləməlidirlər, xanımlara aid problemləri daha dərindən araşdıraraq onların alt qatında yatan məqamlara çatmalıdırlar.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*