Qadınların NƏZƏRİNƏ: Bu halda vəfat etmiş həyat yoldaşınızın pensiyasını ala bilərsinizbackend

Qadınların NƏZƏRİNƏ: Bu halda vəfat etmiş həyat yoldaşınızın pensiyasını ala bilərsiniz

“Əgər ailənin başçısı vəfat edibsə və əmək pensiyası hüququ olubsa, bu zaman onun ailə üzvləri, xüsusilə həyat yoldaşı və uşaqları üçün müəyyən hüquqlar yaranır”.

Bu barədə hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib.

Alimenti ata ödəməlidir deyə bir anlayış yoxdur" - Hüquqşünas

“Qanunvericiliyə əsasən, əgər qadın özü əmək pensiyası almırsa, o, mərhum ərinin pensiyasına sahiblənmək hüququna malikdir. Bu hüquq xüsusilə aşağıdakı hallarda aktual olur:

-Ər və arvadın birgə nikahından doğulmuş uşaqlar varsa və onlar 18 yaşına çatmayıbsa, yaxud əyani formada təhsil alırlarsa… Bu halda 23 yaşına qədər onların sosial təminatı davam etdirilə bilər.

-Əgər uşaq əlil kimi tanınıbsa, bu zaman onun pensiya alma hüququ ömürlük təmin edilir.

-Həyat yoldaşı ölən qadının öz əmək pensiyası hüququ yarandıqda; Əgər öz pensiyası ərinin təqaüdündən azdırsa, o halda qadın mərhum ərinin daha yüksək pensiyasını almağı seçə bilər”.

R.Süleymanov əlavə edib ki, bu yanaşma həm ailə üzvlərinin sosial təminatını gücləndirir, həm də azgəlirli ailələr üçün mühüm dəstək rolunu oynayır. Qeyd edək ki, bu hüquqlar Əmək Pensiyaları haqqında qanunla tənzimlənir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*