UEFA Çempionlar Liqasının 5-ci turunda “Qalatasaray” doğma meydanda Belçikanın “Union Saint-Gilloise” klubunu qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Oyunun yeganə qolunu 57-ci dəqiqədə David vurub. “Qalatasaray”da Arda Ünyay matçın gedişində iki sarı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.
Bu nəticədən sonra İstanbul klubu turnirdə 9 xalla yoluna davam edir, “Union Saint-Gilloise” isə xalını 6-ya yüksəldib.
“Qalatasaray” növbəti turda səfərdə “Monako” ilə qarşılaşacaq. “Union Saint-Gilloise” isə öz meydanında “Marsel”i qəbul edəcək.
