Türkiyənin “Qalatasaray” klubunun yeni bazasının təməli qoyulub.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kemerburqazda inşa olunacaq yeni bazanın təməlqoyma mərasimində İstanbul təmsilçisinin hazırkı və keçmiş rəhbərliyi, komandanın sabiq baş məşqçisi Fatih Terim və bir sıra idmançılar iştirak ediblər.
Qeyd edək ki, yeni bazanın sentyabr-oktyabr aylarında hazır olacağı planlaşdırılır. “Qalatasaray”ın hazırkı bazası “Florya”da isə yenidənqruma işləri aparılacaq.



