QALMAQAL: Oğlu külli miqdarda narkotik üstündə həbs edildi – Atası hələ də yüksək vəzifədədirbackend

QALMAQAL: Oğlu külli miqdarda narkotik üstündə həbs edildi – Atası hələ də yüksək vəzifədədir

Hələ iyun ayında narkotiklərlə bağlı qalmaqal yaşanmışdı: hüquq-mühafizə orqanları yüksək rütbəli Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşının oğlunu Abovyan şəhərinə gedən yolda həbs etmişdi.

KONKRET.az xəbər verir ki, onun avtomobilindən 240-a yaxın kisə narkotik tapmışdılar. Sonradan məlum olub ki, narkotik daşıyan şəxs MTX-nin regional idarəsinin rəisi Xaçatur Kostandyanın oğludur.

Hadisədən sonra Kostandyanın elə həmin gün işdən çıxarılması xəbəri yayılsa da, sonradan məlum olub ki, o, hələ də eyni vəzifəni daşıyır. Onu tanıyanlar “peşəkardır, operativ işləyir” desələr də, MTX məmurunun oğlunun qalmaqallı narkotik tarixçəsi atasını sistemdən azad etmək üçün ciddi səbəb olmalı idi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*