Qalstyan: “Sən kimsən ki, cəmiyyət bundan əziyyət çəksin?”backend

Qalstyan: "Sən kimsən ki, cəmiyyət bundan əziyyət çəksin?”

“Hakimiyyətə qarşı istənilən hərəkat zaman və strategiya, səbr və təzyiq tələb edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni kinorejissor Ovannes Qalstyan deyib.

O, “müqəddəs hərəkat”ın lideri Baqrat Srbazanı tənqid edib:

“Bu hərəkatın zirvəsi var idi, təəssüf ki, Baqrat Srbazan siyasi xadim olmadığı üçün ondan düzgün istifadə etmədi. Mayın 9-u hamımız anladıq ki, birinci akt başa çatıb və hakimiyyət ikinci aktla danışıqlara getməli olub.

Maraqlı bir şey deyim: qoy müxalifət qulaq assın. Nə vaxt ki, Mədəniyyət Nazirliyinin köməyi ilə köhnəlmiş kino klanını sıradan çıxarıb kinonun inkişafı üçün yeni qanunlar çıxara bilsək, məqsədə çata biləcəyik. Ermənistanı islah etmək üçün hakimiyyətlə necə əməkdaşlıq etdiyimi də müxalifətlə bölüşmək istəyirəm. Biz öz peşəkar sahəmizdə toxunulmaz arqumentlər irəli sürürük, Nazirlik geri çəkilməyəcək, başa düşür ki, onun ən azı bir sektoru – kino istehsalı sahəsini tənzimləmək və onun inanılmaz dərəcədə yüksək səviyyəyə qaldırmağa qadir olduğunu ictimaiyyətə göstərmək üçün unikal şansı var.

Müxalifətə də, iqtidara da deyirəm: mədəniyyət xadimlərinin aranızda olması lazım olsa, biz bəzi şeylərdən özümüzü məhrum edəcəyik və aranızda olacağıq. Ermənistan bütün sahələrdə total tənəzzülləri qeydə ala bilmir, çünki müxalifətin bu hissəsi ilə iqtidarın bu hissəsi aşağıdan bir-biri ilə əməkdaşlıq edir və bir-birini bəyənmir. Sən kimsən, heç kimsən, sən Ermənistanı mülkədar kimi qəbul etmisən, onu növbəti hökumətə verməlisən. Sən kimsən ki, cəmiyyət bundan əziyyət çəksin?”

Müxtəlif dairələrin Ovannes Qalstyanın hakimiyyətlə əməkdaşlıq etdiyini və Nikol Paşinyanla bağlı mövqeyini dəyişə biləcəyini söyləməsi ilə bağlı müşahidələrə gəlincə, o, belə cavab verib:

“Birincisi, heç bir qiymətləndirmədən qorxmuram, ikincisi, əsaslı arqumentim var: kinoya dövlət büdcəsi vergi ödəyicilərinin vəsaitləri hesabına doldurulur. Hökumət sadəcə o büdcəni idarə edir və biz indi bundan istifadə edərək hökumətdən tələb edirik ki, o büdcəni vergi ödəyicilərinin marağına uyğun şəkildə bölüşdürsün. 6 il inanılmaz qarşıdurma yaşadım, hökumətə qarşı çıxdığım üçün peşəkar karyeram relsdən çıxdı. Onlar mənə açıq şəkildə bəyan etdilər: Cənab Qalstyan, siz inqilabı dəstəkləmədiyiniz üçün filminiz dayandırıldı. Bu gün də mən inqilabı və hökuməti dəstəkləmirəm, amma siz mənim filmimə dəstək olun. Filmimə dəstək olsalar, strateji sirlərimi müxalifətlə bölüşəcəm: hakimiyyətə hansı arqumentlər təqdim edilməlidir ki, böyük dəyişiklikləri ilə irəli gedə bilək”.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*