“Qanuni oğru”ya qarşı altı şəhərdə xüsusi ƏMƏLİYYAT KEÇİRİLDİbackend

"Qanuni oğru"ya qarşı altı şəhərdə xüsusi ƏMƏLİYYAT KEÇİRİLDİ

Qazaxıstanda Arman Cumagəldiyevin “Vəhşi Arman” qruplaşmasına qarşı polis altı şəhərdə xüsusi əməliyyat keçirib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusi əməliyyatın birinci mərhələsi bu ilin aprelində baş tutub. Daha sonra polis ağır cinayətlərdə, o cümlədən 2018-ci ildə Almatıda adam öldürməyə cəhddə iştirak edən mütəşəkkil cinayətkar dəstənin iki üzvünü saxlayıb.

Belə ki, aprelin 25-dən 26-dək Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Almatı, Çimkənt şəhərləri və Türküstan vilayəti üzrə 130-dan çox axtarış aparılıb, qanunsuz qumar biznesi ilə məşğul olan və bu dəstəni maliyyələşdirən 53 nəfər saxlanılıb.

Mütəşəkkil cinayətkar dəstənin yaradılması və idarə olunması ilə bağlı iki cinayət işi açılıb.

Məlumata görə, iyulun 12-də eyni vaxtda Astana, Almatı, Çimkənt, Aktobe, Kostanay və Türküstan şəhərlərində “Yanvar hadisələri” zamanı Almatı şəhərində baş vermiş iğtişaşlarda fəal iştirak edən 18 nəfər saxlanılıb.

Belə ki, 36 əməliyyat-axtarış tədbiri həyata keçirilib, iğtişaşlarda şübhəli bilinən şəxslərdən ov tüfəngi, tapança, bıçaq, dini ədəbiyyatlar götürülüb.

Xatırladaq ki ki, “Vəhşi Arman” kimi tanınan Arman Cumageldiyevin həbs müddəti 2023-cü il avqustun 7-dək uzadılıb. Baş Prokurorluğun məlumatına görə, o, yanvar iğtişaşları zamanı insanları oğurlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*