Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası AŞKARLANDIbackend

Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası AŞKARLANDI

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən KONKRET.az-a verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

Yoxlama zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, mağazada çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədən işlədiyi aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*