Qanunsuz kömür istehsalının qarşısı alındı – FOTObackend

Qanunsuz kömür istehsalının qarşısı alındı - FOTO

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən xəbərə görə, qanunsuz kömür istehsal edənlərin rayonun Astaf kənd sakinləri Elşən Həsənov və Məhəmməd Orucov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Qanunsuz kömür istehsalının qarşısı alındı - FOTO

Qanunsuz kömür istehsalının qarşısı alındı - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*