Qanunsuzluğa görə işdən çıxarılan direktorlara niyə yüksək vəzifə verilir?backend

Qanunsuzluğa görə işdən çıxarılan direktorlara niyə yüksək vəzifə verilir?

Tez-tez məktəblərdə qeyri-qanuni pul yığılması ilə bağlı şikayətlərə rast gəlirik. Bu halda bəzi məktəblərdə direktorlar belə işdən azad olunur. 

Bəs həmin direktorların aqibəti necə olur?

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində bildirildi ki, ötən tədris ilində təhsil müəssələrində müxtəlif istiqamətlər üzrə monitorinqlər həyata keçirilib. Nəticədə 28 ümumi təhsil müəssəsi, 18 məktəbəqədər təhsil müəssəsinin rəhbərinin əmək müqaviləsinə xitam verilib.

Açıqlamadan belə aydın olur ki, işdən çıxarılan direktorlar məsuliyyətə cəlb olunmur.

Məsələ ilə bağlıə təhsil eksperti Kamran Əsədov bildirir ki, bu halda bəzən direktorlar nəinki məsuliyyətə cəlb edilmək, yüksək vəzifəyə belə gedə bilərlər:

“Hər il 30-dan çox məktəb direktoru öz vəzifəsini yerinə yetirmədiyi üçün işdən azad olunur. Əgər onun əməlində hər hansı ciddi qanun pozuntusu cinayət varsa, bu zaman hüquq-mühafizə orqanlarına müraciət oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*