Prokurorluq Qaqauziya rəhbəri Yevgeniya Qutsulun qanunsuz maliyyələşdirmə işi ilə bağlı 9 il həbs cəzası tələb edib.
KONKRET.az xəbər verir ki, Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb.
O, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, sənədlərin saxtalaşdırılması, maliyyə hesabatlarının və bəyannamələrin saxtalaşdırılmasında ittiham olunur.
Mayın 12-də Kişinyov məhkəməsi onun ev dustaqlığının müddətini iyunun 13-dək uzadıb.
Müşviq Tofiqoğlu
KONKRET.az