Qaqik Qinosyan: “Ermənistan lal və kardır”backend

Qaqik Qinosyan: "Ermənistan lal və kardır"

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna qarşı əməliyyatlarda iştirak edən, “Karin” mahnı və rəqs ansamblının qurucusu və bədii rəhbəri, kulturoloq Qaqik Qinosyan bildirib ki, dünyanın susqunluğu ilə Qarabağda erməni mədəni dəyərləri məhv edilib. Ermənistan rəhbərliyi isə susur. Onlardan danışmağa ehtiyac yoxdur.

Qinosyan həyasızcasına deyib ki, digər münaqişə ocaqlarında da erməni xaçkarları məhv edilsə də, Ermənistan bununla bağlı heç bir nota göndərməyib, narahatlığını ifadə etməyib.

“Suriyanın Deyr əz-Zor və Hələb şəhərində erməni kilsələri dağıdıldı. Suriyada Erməni Apostol Kilsəsinə məxsus bir erməni kilsəsi dağılsa da, heç kilsə də bu barədə danışmadı. Eyni şey indi baş verir. Ermənistan kar və laldır. Ermənistan bütün bu məsələlərlə bağlı heç bir şey səsləndirmir”, – deyə Qaqik Qinosyan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*