“Qarabağ” 20-ci titulunu qazandıbackend

“Qarabağ” 20-ci titulunu qazandı

“Qarabağ” tarixində 20-ci titulu qazanıb.

KONKRET.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu buna ölkə kubokunu qazanmaqla nail olub.

Qurban Qurbanovun komandası finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı “Qızıl dubl”una imza atıb.

Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib. Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. “Qarabağ” titul sayında da Azərbaycan rekordunu yeniləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*