“Qarabağ” 65-ci oldubackend

"Qarabağ" 65-ci oldu

Klubların 10 illik UEFA reytinqi açıqlanıb.

KONKRET.az xəbər verir ki, cədvəldə Avropanın 554 klubu yer alıb.

2015-24-cü illərdə qitə kuboklarında oynayanların siyahısında Azərbaycanı doqquz klub təmsil edib. Ən yaxşı klubumuz “Qarabağ”dır.

53,000 xala malik Qurban Qurbanovun yetirmələri Avropada 65-cidir. Ağdam klubu “Atletik”, “Betis”, “Volfsburq” kimi komandaları qabaqlayır.

“Neftçi” 11,750 xalla 260-262-ci yerləri bölüşür. Bakı klubunun şərikləri “Dinamo Tiflis” və “Suduva”dır.

10,500 xala malik “Qəbələ” 282-287-ci yerlərin şərikləri sırasındadır. Digər təmsilçilərimiz – “Zirə”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz” 7,675 xalla 348-353-cü yerləri bölüşürlər.

Qeyd edək ki, siyahıya 265,000 xalla İspaniyanın “Real Madrid” klubu başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*