Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda hesab bərabərləşib.
KONKRET.AZ-ın məlumatına görə, Bakıda keçirilən matçın 59-cu dəqiqəsində Ağdam təmsilçisi qol vurub. Aylton Silvanın başla gözəl zərbəsi stadiona toplaşan azarkeşlərə sevinc bəxş edib – 2:2.
***21.58
Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda ikinci hissə start götürüb.
KONKRET.AZ-ın məlumatına görə, Bakıda keçirilən matçın ikinci 45 dəqiqəsinə rəqib öndə başlayıb – 2:1.
***21.43
“Qarabağ” – APOEL oyununun birinci hissəsi başa çatıb.
KONKRET.AZ xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edir.
Qarşılaşmanı slovakiyalı referi Filip Qlovaya idarə edir.
Matçın 12-ci dəqiqəsində Dani Kintana hesabı açıb. 29-cu dəqiqədə APEOL cavab qolunu vurub. Rəqib komandanın heyətində Nkolas İoannou fərqlənib. İlk hissənin son dəqiqəsində Kipr təmsilçisi hesabda önə çıxıb. Linus Hallenius komandasının 2-ci qolunU vurub.
Qeyd edək ki, Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Maqaye Qeye yer alıblar.
A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ı qəbul edəcək.