“Qarabağ” avrokuboka vəsiqəni təmin etdibackend

“Qarabağ” avrokuboka vəsiqəni təmin etdi

Misli Premyer Liqasında mükafatçılardan biri bəlli olub.

KONKRET.az xəbər verir ki, “Qarabağ” ilk “üçlük”dəki yerini təmin edib.

Bu, XXVI turun ikinci oyun günündə dəqiqləşib. Qurban Qurbanovun yetirmələri “Səbail”i 3:0 hesabı ilə darmadağın edib.

Bununla da ağdamlılar xal hesabını 68-ə çatdırıb. Çempionatın lideri 4-cü pillədəki “Zirə”dən 31 xal öndədir. Mövsümün sonuna 10 tur qaldığından “Qarabağ” 4-cü və daha aşağı pillələrdəki komandalar üçün əlçatmaz olub.

Nəticədə Ağdam klubunun ilk “üçlük”də yer alacağı dəqiqləşib. “Qarabağ” medallardan birini və avrokuboklara vəsiqəni də təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*