“Qarabağ” “Ayaks”a buna görə MƏĞLUB OLUB – SƏBƏB BİLİNDİbackend

"Qarabağ" "Ayaks"a buna görə MƏĞLUB OLUB - SƏBƏB BİLİNDİ

Çempionlar Liqasının növbəti turunda “Qarabağ”ın “Ayaks”a 2:4 hesabı ilə məğlubiyyəti azarkeşlər arasında ciddi təəssüf və suallar yaradıb. Hər kəs komandanın qələbə qazanacağına ümid edirdi. Hətta süni intellekt proqnozları belə Azərbaycan təmsilçisinin üstünlüyünü göstərirdi. Amma proqnozların əksi baş verdi.

Mövzu ilə bağlı Futbolpress.az saytının rəhbəri Elçin Cəlilov KONKRET.az-a açıqlamasında məğlubiyyətin əsas səbəblərini sadalayıb.

Ekspertin sözlərinə görə, “Qarabağ”ın uduzmasının ən ciddi amili rəqibin səviyyəsi və yarışın miqyasının böyüklüyüdür:

“Çempionlar Liqası dünyanın ən böyük klub turniridir. Azərbaycan klubunun bu yarışda müntəzəm şəkildə stabil və uğurlu çıxış etməsi real deyil. Üstəlik, bu mövsüm transfer siyasətində gözləntilər doğrulmadı və komandada bəzi boşluqlar qaldı”.

Real və ciddi addım atılmasa, heç bir fikrim olmayacaq" - Elçin Cəlilov |  Newsport.az

Elçin Cəlilov “Ayaks”ın mövsümü xalsız keçirməsinə baxmayaraq, böyük tarixə və ənənəyə malik bir klub olduğunu xatırladıb:

“Bunu cəmi bir neçə dəqiqəyə sübut etdilər. Qarşılıqlı əvəzetmələrdən sonra hollandlar geridən gəlib oyunu çevirməyi bacardılar”.

Cəlilov bildirib ki, “Qarabağ” son illərdə heç bir oyunda 4 qol buraxmamışdı, lakin bu dəfə komandada həm müdafiə, həm də hücum xətti gözləniləni vermədi.

“Hücum xətti ümidləri doğrultmadı. Bir sözlə, komandanın gücü tükəndi və üstünlüyü qoruyub saxlaya bilmədi”.

Mütəxəssis yekunda vurğulayıb ki, Çempionlar Liqasında rəqiblər arasında fərqlər çox böyükdür və “Qarabağ” bu tempdə ardıcıl nəticə qazanmaq üçün daha güclü heyətə ehtiyac duyur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*