“Qarabağ” Azərbaycan Kuboku ilə vidalaşdıbackend

“Qarabağ” Azərbaycan Kuboku ilə vidalaşdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, ilk yarımfinal matçında Premyer Liqanın lideri “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Sumqayıtdakı oyunda olduğu kimi bu görüşdə də qapılara qol vurulmayıb. Belədə matç penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (5:4) “Sumqayıt” kubokun ilk finalçısı olub.

Günün digər matçında isə “Zirə” Keşlə”ni qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyükdür.

29 aprel (cümə axşamı)

17:00.“Qarabağ” – “Sumqayıt” – 0:0 (Penaltilər – 4:5)

İlk oyun – 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*