“Qarabağ Azərbaycandır. Necə ki, Krım Ukraynadır” – Akopyanın Kiyev səfərinə TUTARLI CAVABbackend

Qarabağ Azərbaycandır. Necə ki, Krım Ukraynadır” - Akopyanın Kiyev səfərinə TUTARLI CAVAB

Ukraynalı hərbi analitik Aleksandr Kovalenko Ermənistan lideri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini şərh edib.

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevdə keçirilən birinci xanımların və həyat yoldaşlarının sammitinə dəvət edildiyini biləndə mənfi hisslər keçirib:

“Bir tərəfdən, mən Anna Akopyanı dəvət etməklə Prezident Aparatının nəyi rəhbər tutduğunu mükəmməl başa düşdüm. İlk növbədə, bu, son bir ildə Rusiyaya mikroelektronika tədarükündə lider olan ölkənin baş nazirinin xanımı ilə qeyri-rəsmi ünsiyyət üçün fürsətdir. Ən qısa müddətdə Ermənistan Rusiyaya elektronika tədarükünə görə dünyada ikinci Silikon Vadisi oldu! Bu gün Ermənistan qanadlı raketlər yaratmaq üçün lazım olan elektronikanın Rusiyaya qaçaqmalçılıq yolu ilə daşınmasında əsas tranzit platformadır. Nəticədə Rusiya daha sonra Ukraynanın dinc şəhərlərini atəşə tutur. Anna Akopyanla ünsiyyətin məqsədi də bu vəziyyəti dəyişmək idi”, – deyə Kovalenko qeyd edib..

O bildirib ki, əvvəllər Kiyevə səfər etməyən Anna Akopyanın da öz məqsədləri olub.

“Akopyanın məqsədi Qarabağın və Xankəndinin “soyqırımı”, “aclığı” və “blokadası” ilə bağlı manipulyasiya və saxtakarlıqları yaymaq üçün beynəlxalq platformadan istifadə etmək idi. Akopyanın çıxışının üçdə biri bu hekayələrin yayılmasına həsr olunub. Əminəm ki, son il yarım ərzində Ukraynaya Ermənistandan daha böyük yardım göstərən Azərbaycanın reaksiyası özünü çox gözlətməyəcək”, – deyə ukraynalı hərbi analitik əlavə edib.

Aleksandr Kovalenko bildirib ki, işğalçı ölkənin nümayəndəsini Kiyevə dəvət edərkən ondan məhz öz maraqlarına uyğun hər hansı hiylə gözləmək lazım idi.

“Qarabağ Azərbaycandır. Necə ki, Krım Ukraynadır. Bu isə 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir”, – deyə hərbi ekspert vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

  • AYGUL
    Sentyabr 10, 2023 - 13:45

    Kopda olsa,maraqlıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*