“Qarabağ” braziliyalı ilə neçə illik müqavilə imzalayacaq?backend

"Qarabağ" braziliyalı ilə neçə illik müqavilə imzalayacaq?

«Qarabağ»la «Krasnodar» arasında gedən danışıqlar son mərhələdədir.

KONKRET.az xəbər verir ki, Kadi Borges, böyük ehtimalla, ən qısa müddətdə Azərbaycana təşrif buyuracaq.

Braziliyalı vinger köhnə-yeni klubu ilə müqaviləyə imza atacaq və təlim-məşq toplanışının ilk mərhələsində iştirak edəcək. «Sambaçı»nın «köhlən atlar»la anlaşması 3 illik nəzərdə tutulub.

Rusiya klubu Azərbaycan çempionundan aldığı rəsmi təklifi dəyərləndirmək üzrədir.

Yerli premyerliqa təmsilçisi braziliyalı vingeri müəyyən təzminat qarşılığında buraxmağa hazırdır. Həmin məbləğ isə 1-1,2 milyon avro civarındadır.

«Krasnodar» 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında sıralarına qatdığı «sambaçı»nın son satış qiymətini bu qədər müəyyənləşdirib. (Sportinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*