“Bütün qəlbimlə…” – Lunyov “Qarabağ” azarkeşləri ilə BELƏ VİDALAŞDIbackend

“Bütün qəlbimlə…” – Lunyov “Qarabağ” azarkeşləri ilə BELƏ VİDALAŞDI

“Qarabağ”dan ayrılan qapıçı Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlama verib.

KONKRET.az xəbər verir ki, 32 yaşlı qolkiper açıqlamasına Ağdam təmsilçisinin azarkeşlərinə təşəkkür edib:

“Əziz azarkeşlər, bu mövsüm, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluqda həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi.

Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də “Qarabağ”ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!”

Qeyd edək ki, “Qarabağ” bu gün Andrey Lunyovla başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*