“Qarabağ”dan “Səbail” üzərində qələbəbackend

“Qarabağ”dan “Səbail” üzərində qələbə

Bu gün Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində növbəti oyun baş tutub.

KONKRET.az xəbər verir ki, son çempion “Qarabağ” “Səbail”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

“Köhlən atlar”ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*