Görünür, erməni öz xislətindən əl çəkən deyil. Bu gün fitnəkar erməni qrupları dünyaya yeni bir bəyanat ünvanlayıblar.
KONKRET.az bu bəyanatın, əslində yeni müharibə anonsunun bir hissəsini oxucuların diqqətinə çatdırmaqla onların iç üzünü bir daha göstərmək istəyir.
Beləliklə, özünü qondarma qurumun qondarma Xarici İşlər Nazirliyi elan edən bir qrup erməni bildirib ki, guya 101 il əvvəl, 22 mart tarixində Azərbaycan nizami türk ordusunun köməyi ilə Şuşada erməni əhalisinin qırğınını təşkil edib və bununla da “tarixi Artsax” paytaxtını demək olar ki, tamamilə məhv edib.
Bəyanatda o deyilir ki, guya 1988-ci ildən bəri Azərbaycan tərəfindən dövlət səviyyəsində qırğınlar və etnik təmizləmələrlə müşayiət olunan erməni-fobiya siyasəti davam edir.
Bəyanatda daha sonra qeyd edilir: “Bakı və Ankaranın soyqırımı siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət ala bilməməsi və cinayətkarların cəzasız qalması Azərbaycanın 27 sentyabr 2020-ci il tarixində Artsaxa qarşı yeni bir təcavüzün səbəbi oldu. Türkiyə və beynəlxalq terrorçuların iştirakı ilə Şuşi şəhəri ələ keçirildi.
1920-ci ildə Şuşidəki qırğın və 2020-ci ildə işğalı yalnız Artsaxa və erməni xalqına qarşı həyata keçirilən soyqırım siyasətinin təzahürü deyil, eyni zamanda insanlığa arşı bir cinayətdir.
Artsax erməniləri Şuşinin itirilməsini heç vaxt qəbul etməyəcəklər. Şuşi Artsaxın ayrılmaz hissəsi idi, olub və olacaqdır. Respublikanın işğal olunmuş ərazilərini azad etmək və tarixi ədaləti bərpa etmək üçün mümkün olan hər şey ediləcək”.
Dünyaya və əslində Azərbaycana ünvanlanan bu mesajın yalnız bir adı var: Qarabağ erməniləri olduqca həyasız və qorxunc addımlar atır. Ermənilər bununla öz namərd, iyrənc xislətini ortaya qoyur.
Rəsmiyyə Şərifova,
KONKRET.az