“Qarabağ”ın Çempionlar Liqasındakı cavab oyununa hakim təyinatları açıqlanıbbackend

"Qarabağ"ın Çempionlar Liqasındakı cavab oyununa hakim təyinatları açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ev oyununa ukraynalı hakimlər briqadası təyinat alıb.

KONKRET.az xəbər verir ki,bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. “Köhlən atlar” bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Azərbaycan çempionu ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.

Xatırladaq ki, bu oyunla yanaşı birinci təsnifat mərhələsinin digər görüşləri də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul

19:30. “Panevejis” – HİK
20:45. “Hamrun Spartans” – “Linkoln”
22:00. TNS – “Deçiç”
22:00. “Santa Koloma” – “Balkani”
22:45. “Vikinqur” – “Şemrok Rovers”
23:00. “Virtus” – “Styaua”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*