“Qarabağ” futbol komandasının azərbaycanlı üzvü, 8 nömrəli oyunçu Röyal Loğmanov evlənir.
KONKRET.az–ın xəbərinə görə, azərbaycanlı futbolçunun toyu oktyabrın 16-da Krımda keçiriləcək.
Toyu təşkil edənlər “Qarabağ” futbol komandasının üzvləri, Rövşən Tağıyev, Loğman Loğmanov, Aleksey Antyuxin və Murad Talıbovdur.
Azərbaycanlı futbolçunun toy mərasimində soydaşlarımızla yanaşı, Krım türkləri, ukraynalılar da iştirak edəcək.