“Qarabağ”ın potensial rəqibləri açıqlandıbackend

“Qarabağ”ın potensial rəqibləri açıqlandı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb.

KONKRET.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq. Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərinin birinin qalibi ilə qarşılaşacaq.

SSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)

“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larn” (Şimali İrlandiya)

“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)

“Çukariçki” (Serbiya) – “Hammarbyu” (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*