“Qarabağ” – “Kopenhagen” oyununun hakimləri açıqlandıbackend

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlandı

UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 30-da “Azersun Arena”da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*