“Qarabağ”la oyun çətin olacaq” – “Braqa”nın baş məşqçisibackend

“Qarabağ”la oyun çətin olacaq” - “Braqanın baş məşqçisi

“Başımızı qaldırmalı, irəli baxmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje deyib.

52 yaşlı mütəxəssis Portuqaliya çempionatında “Sportinq”ə 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. O, məsuliyyəti üzərinə götürüb:

“Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil. Çünki Avropa Liqasında “Qarabağ”la vacib matçımız var. “Qarabağ”la matçımız çətin olacaq. Amma “Sportinq”lə görüşü unutmalı və növbəti qarşılaşmaya köklənməliyik”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*