“Qarabağ” “Marsel”i keçə bilər” – Zubirbackend

"Qarabağ" "Marsel"i keçə bilər" - Zubir

“Marsel” həqiqətən böyük klubdur, möhtəşəm heyəti, yaxşı futbolçuları var”.

KONKRET.az xəbər verir ki, bunu  açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri olan Fransa “Marsel”i barədə danışarkən deyib.

31 yaşlı fransalı yarımmüdafiəçi ölkəsində çıxış edərkən Marsel şəhərinin eyniadlı təmsilçisinə qarşı oynadığını bildirib: “Bu, yoldaşlıq matçı idi. O zaman ikinci divizionda çıxış edirdim”.

Təcrübəli oyunçu “Qarabağ”ın “Marsel”i keçə biləcəyini istisna etməyib: “Bu gün futbol çox dəyişib. Hər komandanın sürpriz etmək bacarığı var. İstənilən klub daha güclü kollektivi gözlənilmədən məğlub edə bilər. Ona görə də hər şey mümkündür”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*