“Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil” – PUTİN – VİDEObackend

"Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil" - PUTİN - VİDEO

Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.

Nə zaman ki, regionda nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq.

Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil, çünki sərhədlərin xəritələri Rusiya Baş Qərargahındadır.

Putin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin mümkün uzadılması ilə bağlı da danışıb.

Putinin həmin çıxışını təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

  • Garachanta
    Oktyabr 22, 2021 - 09:31

    Qarabağ Məsələsi yoxdur, cındırlar….o məsələni Əliyev və Ərdoğan həll edib….Sən isə yenidən tonqal qalamaq istəyirsən, cındır…Fikrini açıq de

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*