“Qarabağ” qapalı mərasimdə mükafatlandırılacaqbackend

“Qarabağ” qapalı mərasimdə mükafatlandırılacaq

Azərbaycan çempionu “Qarabağ”ın mükafatlandırma mərasiminin vaxtı dəyişdirilib.

KONKRET.az-ın məlumatına görə, 2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş kluba çempionluq kuboku və qızıl medalların təqdimatı bu gün “Azersun Arena”da təqdim olunacaq.

Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Tədbir canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*