“Qarabağ” “Qəbələ”ni məğlub etdibackend

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*