“Qarabağ üçün hər şeyə hazıram” – Xalq artistibackend

"Qarabağ üçün hər şeyə hazıram" - Xalq artisti

Düşünürəm və əminəm ki, yeni ərazilərimiz çiçəklənəcək. Çünki bilirəm, cənab Prezident bunun üçün hər şey edəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri xalq artisti Emin Ağalarov Baku TV və ASAN Radionun birgə layihəsi olan “Qeyri-Rəsmi” proqramında işğaldan azad edilən torpaqlarımız haqda danışarkən deyib.

O bildirib ki, o da hər bir Azərbaycan vətəndaşı kimi eyni təəssüratı bölüşür:

“Hamımız 30 il idi ki, bunu gözləyirdik. Cənab Prezidentin yeni azad olunmuş torpaqlar haqqında hər çıxışını böyük həyəcanla izləyirdik. Ədalət öz yerini tapdı. Artıq biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən bu münasibətlə respublikamızın hər bir vətəndaşını təbrik edirəm, xoşbəxtlik arzulayıram.

Əgər məni hansısa şəkildə bu işə cəlb etsələr, həmin ərazilərdə lazım gələrsə, inşaat işləri aparmağa, hədiyyə etməyə, ümumiyyətlə, nəyə ehtiyac olarsa, hamısına hazıram”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*