Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana” – VİDEObackend

Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana” – VİDEO

Aleksandr Kornev 44 günlük Vətən müharibəsində iştirak edən rusəsilli azərbaycanlılardandır. Vətənin çağırışına səs verən bir çox fərqli milli mənsubiyyətə malik Azərbaycan oğulları kimi o da tarixi ədalət uğrunda mübarizəyə biganə qala bilməyib.

KONKRET.az xəbər verir ki, baku tv Qarabağ qazisi barədə reportaj hazırlayıb.

“Vətən anadır, əsl ana. Mən burada böyüyüb, burada yaşamışam. Vətəni qorumaq borcum idi, şərəfim idi”, – deyə o bildirib.

Aleksandr bir müddət Rusiyada işləyib. Babasının ölümü ilə əlaqədar dəfndə iştirak etmək üçün Azərbaycana qayıdıb və qaynar hadisələrin düz mərkəzinə düşüb.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*