Qarabağ Universitetində müəllim işləyənlərin NƏZƏRİNƏ!backend

Qarabağ Universitetində müəllim işləyənlərin NƏZƏRİNƏ!

Qarabağ Universitetində Musiqişünaslıq, pianino, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*