Qarabağ üzərində yeni humanitar yardım, dirilən status və gürcü xaçı oyunlarıbackend

Qarabağ üzərində yeni humanitar yardım, dirilən status və gürcü xaçı oyunları

Rusiya prezidenti Vladimir Putin bu gün Davos Forumundakı çıxışında beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağa humanitar yardım göstərməyə çağırıb.

Putinin “dünya ictimaiyyəti Dağlıq Qarabağa hümanitar yardım etməlidir” bəyanatı bir qədər qəribə səslənir. Kremlin Dağlıq Qarabağda xərc çəkərək gördüyü hümanitar və infrastruktur işlərin qarşılığında Qarabağda uzunmüddətli qalmaq planları olmalıdır. Amma indi Putin bu xərcləri özgəsinin hesabına yükləmək niyyətindədir.

Maraqlıdır ki, ABŞ-ın yeni prezidenti Bayden də Qarabağın statusunu gündəmə gətirmək istəyir. Müharibə bitər- bitməz Putin də bu fikri tez-tez dilə gətirməklə Azərbaycan ictimaiyyətini qıcıqlandırmağa başladı. ABŞ özünün 4 böyük rəqibləri sırasında Rusiya, Çin, Türkiyə və İranın adını çəkib. Bu dövlətlərdən üçün bizim qonşumuz və Qarabağ münaqişəsinə bilavasitə təsiri olan ölkələrdir. Status məsələsini ortaya atmağa maraqlı olmaqla Bayden və Putin iki böyük rəqib olaraq eyni fikirdədilər. Bu mənada yaxın aylarda Qarabağla bağlı siyasi kluarlarda sakitlik olmay6acağını düşünə bilərik.

KONKRET.az xəbər verir ki, politoloq İlqar Vəlizadə Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, status söhbətini ABŞ-la yanaşı, Fransa da hallandırır.

“Minsk qrupunun 3 həmsədrindən ikisi status məsələsini gündəmdə saxlamaq niyyətindədir. Bu da Minsk qrupunun ənənəvi siyasətidir.İş burasındadır ki, Minsk qrupu özü özlüyündə aktuallığını itirib, real hadislərə təsir gstərə bilmir və hazırki dönəmdə heç bir praktiki rol oynamır. Biz əsas işimizi regional tərəfdaşlarla qururuq, qardaş Türkiyə, Rusiya ,İranla. Keçən il, yəni 2020-ci il dekabrın 10-da Bakıda keçirilən birgə mətbuat konfransında Ərdoğan və İlham Əliyev altılı platforma ilə bağlı mesaj verilmişdi. Nə idi bu altılı platforma? “Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edib əməl edərlərsə, Ermənistan da bu platformanın içində yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhü yaradaq”,- demişdi Ərdoğan. Postmünaqişə dövründə məhz regional ölkələr daha çox təsirə malik olacaqlar.

  • Bu məsələdə Rusiyanın, İranın, Türkiyənin maraqları üst- üstə düşür. Onlar regiona digər oyunçuların gəlib kiməsə meydan oxumasını, fəal rol oynamasını istəmirlər.Kənar oyunçu deyəndə də ABŞ və Fransa nəzərdə tutulur. Ona görə status məsələsi ilə bağlı iddiaları kanər oyunçuların məsələyə qarışması analamına gəlir. Burda birgə səylərin göstərilməsi vacibdir. Əlbəttə, Rusiyanın öz maraqları var. Rusiya çalışır ki, hazırda status məsələsini qaldırmasın. Amma bunu haçansa gündəmə gətirə bilər.Biz taktiki addımlar ataraq Rusiyanın hazırda status məsələsini qaldırmamaq istəyini nəzərə alaraq, çalışmalıyıq ki regionda fərqli siyasi gedişlər olsun. Bununla da gələcəkdə Rusiyanın qaldıracağı status söhbətinin qarşısını ala bilək”,- deyə politoloq qeyd edib.

Putin Qarabağdakı ermənilərə humanitar yardım istəməklə öz ölkəsinin yükünü yüngülləşdirmək istəyir. Çünki, “sülhməramlı missiya”nın bölgədəki varlığını qorumaq üçün zor-xoş Ermənistandan Qarabağa yığıb gətirdiyi əhalini yedizdirmək də lazımdır. Oradakı icmanın bundan sonra davamlı yardımlar olmadan özlərini realizə etməsi mümkünsüzdür. Əlavə yardımlar olmasa, Rusiya Qarabağdakı erməniləri gündəlik ərzaqla təmin etməlidir. Bu isə Rusiya büdcəsinə yeni yük deməkdir. Çox yəqin ki, Azərbaycan Qarabağda vətəndaşı hesab etdiyi ermənilərə humanitar yardım təklif edəcək.

Humanitar yardım etdiyimiz ermənilərlə bizim aramızda sülhməramlıya ehtiyac qalacaqmı? Bax sual budur. Görünür bütün bunları bəzi güclər də hesablayıb ki, altılı platforma niyyətinə indidən pəl vurmaq niyyətində düşüblər. Gürcülərin dünən gecə Azərbaycanlıların kompakt yaşadıqları kəndlərə gətrib böyük bir xaç basdrması təsadüf ola bilməzdi. Bu yeni bir münaqişə ocağının yaradılmaq istəyi kimi anlaşıla bilər. Arxasında Azərbaycanı Gürcüstanla təxribata çəkmək istəyi dayanmış ola bilər. Biz bunun bir öncəki seriyasını Keşikçi Dağ məbədi isidentində gördük və qarşısını aldıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*