“Qarabağ xalqı döyüşməyə hazırdır” – Vardanyandan MÜHARİBƏ ÇAĞIRIŞIbackend

"Qarabağ xalqı döyüşməyə hazırdır" - Vardanyandan MÜHARİBƏ ÇAĞIRIŞI

“Qarabağ xalqı döyüşməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma quruma Rusiya tərəfindən göndərilmiş “dövlət naziri” adı altında casus və talançı Ruben Vardanyan deyib.

“48 saatdan artıqdır ki, eyni vəziyyətdəyik. Demək istəyirəm ki, mən Qarabağ xalqı ilə fəxr edirəm. Çaxnaşma yoxdur, insanlar həqiqətən döyüşməyə hazırdırlar. Normal rejimdə yaşayırıq və işləyirik.

Düşmən yalan məlumat və şayiələr yaymaq üçün müxtəlif vasitələrdən istifadə edir. Ona görə vəziyyəti təqdim etmək üçün hər gün birinci əldən məlumat ötürmək qərara alınıb”, – deyə Vardanyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*