Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu artırıb – RƏYbackend

Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu artırıb - RƏY

“Bu gün bizim üçün Anım Günü olmaqla yanaşı, həm də Ümumilli And Günüdür. Biz 1980-90-cı illər hadisələri dövründə dünyaya göz açmış, “Ya Qarabağ, ya ölüm” şüarı ilə böyümüş, “Qarabağa Azadlıq” tələbi ruhumuza, qanımıza işləmiş nəsilik. Qarabağ bizim üçün müqəddəs məkana çevrilmiş, azadlığı uğrunda minlərlə gənc öz canını qurban etməyə and içmişdi”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Bundan sonra beynəlxalq milli gündəmin idarəsində xarici qüvvələr deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - Azərbaycan

Ekspert Tovuz döyüşlərinin əhəmiyyətindən də danışıb:

“Təsadüfi deyil ki, 2020-ci il 12 iyul Tovuz döyüşlərindən dərhal sonra Bakıda keçirilən mitinqdə minlərlə insan Qarabağ müharibəsinin başlanmasını, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatların elan edilməsini tələb edirdilər. Beləcə, sentyabrın 27-də gözlənilən an çatdı. 44 gün davam edən qanlı döyüşlər torpaqlarımızın mühüm hissəsinin azad olunması ilə yekunlaşdı. Döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə, 286 kənd azad edildi. 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 2-ci və 6-cı bəndinə əsasən, 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın əməliyyatlarsız nəzarətimizə keçdi. Düzdür, Kəlbəcərdə Azərbaycan bayrağının dalğalanması bir neçə gün yubandı. Dövlət-Ordu-Xalq birliyinin nəticəsidir ki, “Dəmir Yumruq” əməliyyatı Azərbaycanın Zəfəri ilə başa çatdı. Bu uğuru 3 minədək Vətən övladına, həmçinin qlobal siyasi sferada öz iradəsini və zəkasını ortaya qoyan müzəffər Ali Baş Komandana borcluyuq. Haqq verilmir, alınır!”

STM-nin rəsmisi Azərbaycana qarşı olan beynəlxalq təzyiqdən də bəhs edib:

“Azərbaycanın qələbəsi qlobal erməni şəbəkəsi ilə yanaşı onları dəstəkləyən gücləri də naharat etmişdi. Cənubi Qafqazdakı regional status-kvo yerindən oynamışdı. Müharibə zamanı ölkəmizə qarşı bir sıra hüquqi və informasiya hücumları başlamışdı. ATƏT, Avropa Şurası, Avropa Parlamenti və Fransa başda olmaqla bir sıra ermənipərəst siyasətçilər Azərbaycana qarşı çirkin kampaniya aparırdılar. Çoxsaylı qətnamələr, bəyanatlar buna nümunədir. Hər dəfə ölkəmiz hərbi mövqeyini gücləndidirkcə, bu cür addımların sayı artırdı. Məsələn, 2021-ci ilin mayında Ermənistanın hərbi təxribatına cavab verdik, ancaq ATƏT-də dərhal “Hərbi əsirlərlə bağlı qətnamə” qəbul edildi. Bundan başqa, 2022-ci ilin avqustunda və sentyabrında “Qisas” əməliyyatını keçirdik və Avropa Parlamentinin “qınağı” elan olundu. 2023-cü ilin sentyabrında 1 günlük antiterror tədbirlərindən sonra isə sözügedən təşkilat bizə qarşı növbəti qətnaməni qəbul etdi və ölkəmizə qarşı sanksiya çağırışları edildi”.

Müsahibimiz bildirdi ki, ölkəmiz bu təzyiqlər fonunda yeni uğurlara imza atıb:

“Bütün təzyiqlər fonunda ölkəmizin yeni uğurlar əldə etməsi Azərbaycanın həm Avropada, həm də Asiyada güvənilən dövlət statusunu qazanmasına səbəb oldu. Qələbələrimiz həm də beynəlxalq nüfuzumuzun güclənməsinə səbəb oldu. Bunun nəticəsidir ki, COP29-un Azərbaycanda keçirilməsinə dünyanın 200-dək ölkəsi, o cümlədən Ermənistan da razılıq verdi. Diplomatik uğurlar Azərbaycanın həm də strateji münasibətlərinin inkişaf etdirilməsinə və Ermənistanla sülh istiqamətində mühüm addımların atılmasına səbəb oldu. Bu dövrlərdə bir sıra çətinliklər oldu. Xüsusilə, İranla 2021-2024-cü illər arasında gərginliklər baş versə də, bunlar öz həllini tapdı. Azərbaycan İsraildə səfirlik açdı, İrandakı səfirlik bərpa olundu. Avropanın ən etibarlı enerji tərəfdaşına çevrilməyimizlə yanaşı, “Yeni əsrin müqaviləsi” sayılacaq “Yaşıl Enerji Dəhlizi” üzrə razılaşma ölkəmizin Qərb ilə yeni alternativ enerji əməkdaşlığının əsasını qoydu”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*