Qarabağa humanitar yardımın bərpasını alqışlayırıq – Blinkenbackend

Qarabağa humanitar yardımın bərpasını alqışlayırıq - Blinken

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistanı Qarabağa yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın dəhlizi və Ağdam yolu boyunca humanitar yardım axınını artırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.

ABŞ Dövlət Katibi Antoni Blinken qeyd edib ki, “Biz bu gün prezident Əliyevlə mənim bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq”.

“Bu irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa, humanitar yardım axınını artırmaq yollarına diqqət yetirməyə çağırırıq. ABŞ problemlərin həlli və davamlı sülhə nail olmaq üçün tərəflərin səylərini dəstəkləməyə sadiqdir”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*