Qarabağa status tələb etmək bizə yaxşı heç nə vəd etmir – Erməni KİVbackend

Qarabağa status tələb etmək bizə yaxşı heç nə vəd etmir - Erməni KİV

“30 ilə yaxındır ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının zəruriliyindən bəhs edirik, amma bu barədə danışmağa cəsarəti olanların hamısı dərhal ifrat millətçi fikirləri olan və erməni xalqının düşməni elan edilmiş insanlar tərəfindən hədəf alınır”.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib: “Bütün ağıllı, savadlı və mütərəqqi insanlar çox yaxşı başa düşürlər ki, düşmənçilik və müharibə xəyallarından uzaqlaşıb, yalnız sağlam qonşuluq və bir yerdə firavan yaşamaq üçün bir düstur tapsaq bu problemlərdən ölkəmiz uzaqlaşa bilər. Bununla belə, qonşuluq münasibətlərin normallaşdırılmasına qarşı mübarizə aparan kütlələr də var. Onların yeganə məqsədi Qarabağa status tələb etmək və erməni soyqırımını diktə edərək türklərlə ölümcül düşmənçilik aparıb, əbədi qarşıdurma yaratmaqdır. Nə Qarabağa status tələb etmək, nə də düşmənçiliyi qorumaq bizə yaxşı bir şey vəd etmir.

Başqa bir məsələ isə budur ki, biz qonşuluq, münasibətlərin normallaşması haqqında əvvəldən düşünməli idik. Nəinki müharibədə məğlubiyyətdən sonra”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*