Qarabağda 26 azyaşlı erməni zəhərlənib.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun “səhiyyə naziri” Artur Ohancanyan məlumat verib.
O bildirilib ki, Qarabağda qida zəhərlənməsi əlamətləri ilə xəstəxanalara müraciət edən azyaşlıların sayı 19-dan 26-ya çatıb.
“Xəstələrin yaşı bir yarımdan 12 yaşa qədərdir. Uşaqlara lazımi tibbi yardım göstərilib və evə buraxılıblar. Xəstəxanada iki xəstə var, onların vəziyyəti qənaətbəxşdir”, – deyə Ohancanyan bildirib.
Onun sözlərinə görə, zəhərlənmənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb.
Bundan əvvəl bildirilb ki, bir gün əvvəl Qarabağda “Arevik” uşaq xəstəxanasına qida zəhərlənməsi əlamətləri ilə 19 azyaşlı müraciət edib.
Xuraman Etibarlı,
KONKRET.az