Qarabağda ermənilər azərbaycanlı ekoloqların yolunu kəsiblər.
KONKRET.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları video yayımlayıb.
Bir qrup erməni separatçı bu gün azərbaycanlı ekoloqların monitorinq üçün Ağdərə rayonundakı mədənlərdən birinə getməsinə icazə verməyib.
Əldə etdiyimiz məlumata görə, sabah ekoloqlar Azərbaycan hərbçilərinin və ya Rusiya sülhməramlılarının müşayiəti ilə bu zavoda qayıdacaqlar.
Xuraman Etibarlı,
KONKRET.az